Həbib Nurməhəmmədovun adı ABŞ-da əbədiləşdirildi

Həbib Nurməhəmmədovun adı ABŞ-da əbədiləşdirildi

Yüngül çəkidə sabiq UFC çempionu, dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədovun adı əbədiləşdirilib.

Fanat.Az xəbər verir ki, 33 yaşlı Həbibin adı Las-Veqasda (ABŞ) keçirilən sonuncu mərasimdə rəsmi olaraq UFC Şöhrət Zalına daxil edilib.

Həbib son döyüşünü 2020-ci ilin oktyabrında keçirib. UFC 254 turnirləri çərçivəsində o, ikinci raundda boğucu fəndlə amerikalı Castin Qetjini məğlub edib. Həmin döyüşdən sonra Nurməhəmmədov karyerasını bitirdiyini açıqlayıb.

Qeyd edək ki, Nurməhəmmədovun əsas rəqibi sayılan tanınmış irlandiyalı döyüşçü Konor Makqreqorun adı UFC şöhrət zalına daxil edilməyib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər