Həbib Nurməhəmmədov: "Cümə günlərini gecə klublarında yox, məsciddə keçirirəm"

Həbib Nurməhəmmədov: "Cümə günlərini gecə klublarında yox, məsciddə keçirirəm"

UFC-nin yüngül çəkidə sabiq çempionu Həbib Nurməhəmmədov mətbuat konfransında asudə vaxtını necə keçirdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, dünən rusiyalı idmançı keçirdiyi mətbuat konfransında jurnalistlərin asudə vaxtı ilə bağlı suallarını cavablandırıb.

Jurnalsitin "Cümə günlərinizi necə keçirirsiniz? Axşamlar gecə klublarına gedirsinizmi?" sualına Həbib belə cavab verib:

"Cümə günlərini gecə klublarında deyil, məsciddə keçirməyə üstünlük verirəm. Klublarda əylənməyi ümumiyyətlə, sevmirəm. Asudə vaxtlarımı idmana və ibadətə həsr edirəm".

Döyüşçü "Bəs adətən, nə yeyirsiniz" sualına isə qısa və aydın cavab verib: "Nə istəsəm, onu da yeyirəm"

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər