Həbib karyerasının son döyüşünü UFC əfsanəsinə qarşı keçirmək istəyir

Həbib karyerasının son döyüşünü UFC əfsanəsinə qarşı keçirmək istəyir
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Co Roqanın "Instagram" postunun şərh bölməsində gələcək planlarından bəhs edib.
Fanat.Az xəbər verir ki, Həbib oktyabr ayında Castin Qetji, 2021-ci ilin aprelində isə Jorj Sen-Pyerlə döyüşəcəyini bildirib.
Daha əvvəl UFC prezidenti Deyna Uayt Nurməhəmmədov - Sen-Pyer döyüşünü təşkil etməyə hazır olduğunu bəyan etmişdi.
Rus idmançının aktivində 28 qələbə, 0 məğlubiyyət var. Meneceri Ali Abdül-Aziz son açıqlamasında Həbibin daha iki döyüş keçirdikdən sonra karyerasını bitirəcəyini deyib.
Nurməhəmmədov - Qetji döyüşü UFC 254 çərçivəsində oktyabrın 24-də keçiriləcək.
 
Qeyd edək ki, Jorj Sen-Pyer MMA və UFC əfsanəsidi. Kanadalı döyüşçü 2013-cü ildə karyerasını bitirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər