Hazar yenə sıradan çıxdı

Hazar yenə sıradan çıxdı
"Real"ın belçikalı yarımmüdafiəçisi Eden Hazar yenə zədələnib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, tibbi müayinədən keçən futbolçunun sağ ayaq əzələsində problem aşkarlanıb. Orta xətt oyunçusunun zədəsinin nə dərəcədə ciddi olduğu haqda yaxın günlərdə məlumat veriləcək.
 
Madrid təmsilçisində ümidləri doğrultmayan Eden zədə üzündən bir neçə ay idi ki, komandasına kömək edə bilmirdi. O, La Liqa çərçivəsində 13 mart tarixində keçirilən qarşılaşmada "Elçe"yə qarşı (2:1) 15 dəqiqə oynamışdı.
Hazar bu mövsüm "Real" formasıyla 14 matça çıxaraq 3 qola imza atıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər