Hakim Ziyeşin gələcək karyerası ilə bağlı qərarı bilindi

Hakim Ziyeşin gələcək karyerası ilə bağlı qərarı bilindi

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş karyerası ilə bağlı önəmli qərar qəbul edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sabah" qəzeti yayıb.

Xəbərə görə, mərakeşli yarımmüdafiəçi mövsümün sonuna qədər İstanbul klubunda qalacaq. Mənbə Ziyeşin yalnız yay transfer pəncərəsi dönəmində İstanbul təmsilçisini tərk edə biləcəyini vurğulayıb.

"Transfermarkt" sözügedən futbolçunun transfer qiymətini 12 milyon avro ilə  qiymətləndirir.

Qeyd edək ki, Ziyeş cari mövsüm "Qalatasaray" forması ilə 14 rəsmi maçtda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər