Hakan Şükürün atasına 15 il həbs cəzası

Hakan Şükürün atasına 15 il həbs cəzası
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Hakan Şükürün atası Selmet Şükürü 15 il azadlıqdan məhrum edilə bilər.
Fanat.Az xəbər verir ki, FETÖ-nün dövlət çevrilişi cəhdindən sonra həbs edilən sabiq deputatın atası silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir. Ata Şükürü 7,5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Onun məhkəməsi fevralın 5-də başlayacaq.
Qeyd edək ki, Hakan Şükür və ailəsi 2015-ci ilin dekabrında Türkiyədən ABŞ-a köçüb. Onun atası isə 2016-cı ilin avqustunda saxlanılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər