Gürcüstan millisi AÇ-2024-də!

Gürcüstan millisi AÇ-2024-də!

AÇ-2024-ün son üç iştirakçısı müəyyənləşir.

Fanat.Az xəbər verir ki, pley-offun ilk finalında Gürcüstan Yunanıstanla qarşılaşıb.

Əsas vaxtı qolsuz bitən matçın əlavə vaxtında da hesab açılmayıb. Penalti seriyasında daha dəqiq olan gürcülər Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Digər final oyunlarında Ukrayna İslandiya ilə, Polşa isə Uelslə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

AÇ-2024-ün pley-off mərhələsinin finalı 26 mart

Gürcüstan - Yunanıstan - 0:0 (penaltilər - 4:2)

23:45. Ukrayna - İslandiya

23:45. Polşa - Uels

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər