"Barselona"nın türk əsilli futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi millidə 2011-ci ildə debüt edib. 13 ildə yığmada 82 oyun keçirən Gündoğan bu matçlarda 19 qol vurub.