Günay Məmmədzadə Çində yarışacaq

Günay Məmmədzadə Çində yarışacaq

Azərbaycan şahmatçısı Günay Məmmədzadə yanvarın 7-8-də Çinin Sian şəhərində keçiriləcək “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, yarış dairəvi sistem üzrə sürətli formatda keçiriləcək. Turnirdə ümumilikdə 12 şahmatçı çıxış edəcək.

Yarışda Məmmədzadə ilə yanaşı, Bela Xotenaşvili (Gürcüstan), Antuanetta Stefanova (Bolqarıstan), Bibisara Assaubayeva (Qazaxıstan), Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Qi Quo, Ni Şiqun, Jao Mo, Ninq Kayu, Xiao Yu , Li Xue (hamısı  Çin) mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər