Güləşçimiz ermənini udub Avropa çempionu oldu

Güləşçimiz ermənini udub Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının qalibi olub.

Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda ermənistanlı Hayk Lyudviqyanla üz-üzə gəlib. Rəqibinə vaxtından əvvəl tam üstünlüklə (13:4) qalib gələn Mustafayev Avropa birinciliyinin qızıl medalını qazanıb.

Daha əvvəl final görüşünə çıxan Elvin İbadov isə gürcüstanlı Vaxtanq Loluaya 1:4 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənib.

Bu gün daha iki yunan-Roma güləşçimiz finalda mübarizə aparacaq. Seymur Qasımov (65 kq) yunanıstanlı Arionas Kolitsopulos ilə, İsmayıl Rzayev (80) moldovalı Mihay Qutu ilə qızıl medal görüşünə çıxacaq. Digər güləşçimiz Məzahim Mərdanov (110 kq) bürünc medal uğrunda yunanıstanlı Dimitrios Panosla qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər