İspaniyada gənclər arasında təşkil olunan turnirdə iştirak edən Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapiaya təqdim olunan büst müzakirələrə səbəb olub.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "COTIF U-20" turnirinə dəvət olunan qonağa 2020-ci ildə vəfat edən Dieqo Maradonanın kiçik heykəli hədiyyə olunub.
Mükafatlandırma mərasimində təqdim edilən büst isə mərhum dünya əfsanəsinə yüngül desək, oxşamayıb.
A Diego Maradona bust, designed by local artist Rafa Ferri, has been unveiled ? pic.twitter.com/C4KkFBrcab
— ESPN FC (@ESPNFC) August 2, 2022
Ümumiyyətlə, son zamanlar məşhur idmançıların şərəfinə ucaldılan heykəllərin reallığı əks etdirməməsi tez-tez baş verir. Bundan əvvəl Madeyra hava limanına adı verilən Kriştianu Ronaldunun büstü müzakirəyə səbəb olmuşdu. Mirağa