"Grand Swiss": Şahmatçılarımızdan uğursuz start

"Grand Swiss": Şahmatçılarımızdan uğursuz start

Latviyanın paytaxtı Riqada 4 Azərbaycan şahmatçısının iştirakı ilə "Grand Swiss" turniri start götürüb.

Fanat.Az xəbər verir ki, yarışın ilk turu təmsilçilərimizin hamısı üçün uğursuz olub. Nicat Abbasov Alireza Firuzcaya (Fransa), Vasif Durarbəyli Parham Maqsudluya (İran), Rauf Məmmədov Nodirbek Yakubboyevə (Özbəkistan), Aydın Süleymanlı isə İvan Sariçə (Xorvatiya) uduzub.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir. 

"Grand Swiss"

l tur

Alireza Firuzca (Fransa) - Nicat Abbasov 1:0 Nodirbek Yakubboev (Özbəkistan) - Rauf Məmmədov  1:0 Vasif Durarbəyli - Parham Maqsudlu (İran) 0:1 İvan Sariç (Xorvatiya) - Aydın Süleymanlı 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər