"Grand Chess Tour": Məmmədyarov doqquz görüş keçirəcək

"Grand Chess Tour": Məmmədyarov doqquz görüş keçirəcək

Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Grand Chess Tour" seriyasının üçüncü mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün turnirin blits mərhələsinə start veriləcək. Şahmatçılar ilk olaraq 9 turda mübarizə aparacaqlar. Növbəti gün isə cavab qarşılaşmaları keçiriləcək.  

Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Məmmədyarov rapid mərhələsində 9 turdan 8 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 12 xala malik Yorden Van Foreestdir (Niderland).

Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər