"Grand Chess Tour"da 1 milyon 400 min dollar mükafat

"Grand Chess Tour"da 1 milyon 400 min dollar mükafat

"Grand Chess Tour" seriyasının təşkilatçıları builki mərhələlərin cədvəlini açıqlayıb.

Fanat.Az xəbər verir ki, seriya beş turnirdən ibarət olacaq. Onlardan birincisi mayın 4-16-da Buxarestdə keçiriləcək.

Şahmatçılar ardınca Varşavada (19-26 may), daha sonra Zaqrebdə (3-10 iyul) oynayacaqlar.

Sonda şahmatçıları noyabrın 12-dən dekabrın 3-dək Sent-Luisdə (ABŞ) keçiriləcək iki mərhələ gözləyir.

Beş mərhələnin ümumi mükafat fondu 1 milyon 400 000 dollar təşkil edəcək.

Qeyd edək ki, ötən il Şəhriyar Məmmədyarov "Grand Chess Tour"-un ümumi hesabında səkkizinci yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər