Gimnastlarımızdan uğursuz çıxış

Gimnastlarımızdan uğursuz çıxış
16-18 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Fanat.Az xəbər verir ki, bu kubokda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvləri Arzu Cəlilova və Nərminə Səmədova təmsil edib.
Gənc gimnastlarımızın çoxnövçülük üzrə çıxışlarının toplam nəticələrinə əsasən Nərminə 33-cü, Arzu isə 37-ci yerdə qərarlaşıb. Alətlər üzrə yarışlarda Nərminə ən yaxşı nəticəni halqa ilə (24-cü yer), Arzu  isə gürzlərlə (18-ci yer) nümayiş etdirib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər