Fyuri Nqannuya qarşı: "Bu döyüş lazımsız pul itikisidir"

Fyuri Nqannuya qarşı: "Bu döyüş lazımsız pul itikisidir"

UFC prezidenti Dana Uayt WBC dünya çempionu, britaniyalı boksçu Tayson Fyuri ilə ağır çəkidə UFC çempionu Fransis Nqannu arasında baş tuta biləcək döyüş haqda fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "The Pat McAfee Show" podkastı Uaytın dediklərini belə çatdırıb:

“Əlbəttə, belə bir döyüş ola bilər. Fyuri bütün zamanların ən böyük boksçularından biridir. Onun yendiyi rəqiblərə baxın. Görün nə qədər asan qalib gəlir. Bilmirəm, amma hər şeyin necə bitəcəyini görəcəyik.

Açığı, bu döyüşləri sevmirəm. Bütün bunlar mənim üçün deyil. Bu, sadəcə, vaxt, enerji və pul itkisidir. Bu, axmaqlıqdır, amma başa düşürəm ki, hamı belə döyüşləri görmək istəyir. Nqannu bu yaxınlarda Siril Qan ilə döyüşdü. Döyüş sənətindən heç olmasa, bir az məlumatlısınızsa, bunun axmaq söhbət olduğunu başa düşürsünüz"

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər