"Fulhem" Palinyanın Almaniyaya uçmasına icazə verdi, amma...

"Fulhem" Palinyanın Almaniyaya uçmasına icazə verdi, amma...

"Fulhem" rəhbərliyi komandanın yarımmüdafiəçisi Joau Palinyanın Almaniyaya uçmasına icazə verib.

Fanat.Az jurnalist Florian Plettenberqin şəxsi "Twitter" hesabı üzərindən yaydığı məlumata istinadən xəbər verir ki, İngiltərə təmsilçisi "Bayern Münhen"in istədiyi oyunçunun Almaniya klubu tibbi müayinədən keçməsinə deyil, danışıq aparmasına razılaşıb.

Mənbə hələ klubların bu transferin bütün detalları ilə bağlı ortaq məxrəcə gəlmədiyini və bu səbəbdən "Fulhem"in tibbi müayinəyə "hə" demədiyini diqqətə çatdırıb. "Bağbanlar"ın öncə Palinyaya layiqli əvəzləyici tapmaq istədiyi də vurğulanıb.

28 yaşlı Palinya 2022-ci ilin yayında, 20 milyon avro qarşılığında "Sportinq"dən transfer olunub. Onun "Fulhem"lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. "Transfermarkt" portalı Joaunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər