Fransanın yeni kapitanı kim olacaq? - Deşam açıqladı

Fransanın yeni kapitanı kim olacaq? - Deşam açıqladı

Fransa yığmasının baş məşqçisi Didye Deşam millinin kapitanı kimi kimləri gördüyünü açıqlayıb.

Fanat.Az xəbər verir ki, "RDC Sport" fransalı mütəxəssisin dediklərini belə çatdırıb:   “Kapitan kim olacaq? Bir neçə oyunçu var ki, onları nəzərdən keçirirəm. Kilian Mbappe onlardan biridir. Qərar verməzdən əvvəl onunla bunu müzakirə etməliyəm. Bu həlledici məqamdır. Kapitan olmaq mühüm öhdəliklər gətirir, amma qərar verməzdən əvvəl əvvəlcə onun özü ilə danışmaq istəyirəm.

Adrien Rabyo? Kapitanlıq üçün təcrübəsi var, onunla bir-birimizi yaxşı tanıyırıq. Lider ola bilər, amma bilmirəm, ürəyindən kapitanlıq keçir, ya yox. 

Əlbəttə, fərqli matçlar üçün fərqli kapitanlar da ola bilər. Amma mən açıq seçimlə müəyyənləşəcək kapitan və vitse-kapitan seçiminə üstünlük verəcəyəm".

Qeyd edək ki, buna qədər Fransa yığmasında Uqo Lyoris və Rafael Varan kapitanlıq sarğısını daşıyıblar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər