Almaniyalı müdafiəçi Yozua Kimmix yay transfer pəncərəsində "Bayern Münhen" tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, PSJ futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Fransa nəhəngi münhenlilərlə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq Kimmixin namizədliyini müzakirə edir. PSJ qarşı tərəflə mümkün müqavilə ilə bağlı artıq danışıqlara başlayıb. Alman oyunçunun transferində Paris təmsilçisinin baş məşqçisi Luis Enrike şəxsən maraqlıdır.
Yozua Kimmix Almaniya çempionatının son mövsümündə 28 oyun keçirib, bu matçlarda bir qol vurub və altı məhsuldar ötürmə edib.
Mirağa