Fransa millimizin üzvünü hava limanında saxladı

Fransa millimizin üzvünü hava limanında saxladı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı  oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.
Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.
Xatırladaq ki, "Keşlə"nin futbolçusu Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər