Fransa Kuboku: Finalçılar bəlli oldu

Fransa Kuboku: Finalçılar bəlli oldu

Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsi başa çatıb. 

Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş keçirilib.   “Nant” evdə “Monako” ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında 4 qol qeydə alınsa da, qalib müəyyənləşməyib. Bu üzdən də sonda penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nant” finala yüksəlib.

Daha öncə “Nitsa” da finala vəsiqə qazanmışdı. Həlledici oyun mayın 8-də keçiriləcək.   Fransa Kuboku Yarımfinal 2 mart   Nant – Monako 2:2 (penaltilər, 4:2) Qollar: Sidibe, 21-öz qapısına. Mutussami, 74 – Maripan, 12. Boadu, 76.   1 mart   Nitsa – Versal 2:0 Qol: Quiri, 48. Dolberq, 73.    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər