"Fiorentina"nın mənimlə maraqlanmasını eşitdiyim üçün xoşbəxtəm, amma..." - Dzanyolo

"Fiorentina"nın mənimlə maraqlanmasını eşitdiyim üçün xoşbəxtəm, amma..." - Dzanyolo

Müqavilə ilə "Qalatasaray"a məxsus olan, cari mövsümü icarə əsasında "Aston Villa"da keçirən Nikolo Dzanyolo gələcək planları ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Hələ də A Seriyasına qayıtmaq ehtimalımın nə dərəcədə real olduğunu bilmirəm. "Fiorentina"nın mənimlə maraqlandığını eşitdiyim üçün xoşbəxtəm, amma harada oynayacağımı demək tezdir. İndilik məsələ açıq qalır".

Qeyd edək ki, Dzanyolonun "Qalatasaray"la müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər