Finalın iştirakçısı: "...infarkt keçirdim"

Finalın iştirakçısı: "...infarkt keçirdim"

"Ayntraxt"ın hücumçusu Ansqar Knauff "Reyncers"lə Avropa Liqasının final matçındakı qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, Knauf UEFA-nın saytına belə danışıb:

“Nə deyəcəyimi bilmirəm. Penaltilər seriyasında az qala infarkt keçirdim. Çox şadam ki, bunu bacardıq. İndi qələbəni azarkeşlərlə birlikdə qeyd etmək istəyirik. Kevin Trappın mütləq seyv edəcəyini bilirdik, azarkeşlər də inanırdı. Biz bunu bacardıq”.

Qeyd edək ki, Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçirilən görüşdə əsas və əlavə vaxtda qalibi müəyyənləşməyib - 1:1. Oyunsonrası penaltilər seriyasında isə "Ayntraxt" qalib (5:4) gəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər