FIDE prezidentindən Şahmat Federasiyasına hədiyyə

FIDE prezidentindən Şahmat Federasiyasına hədiyyə

FIDE prezidenti Arkadi Dvorkoviç şahmat tacı uğrunda rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında keçirilən çempionluq görüşünün 13-cü partiyasının keçirildiyi şahmat lövhəsini Azərbaycan Şahmat Federasiyasına hədiyyə edib.

Fanat.Az xəbər verir ki, Bakıya səfər zamanı şahmat lövhəsini özü ilə gətirən Dvorkoviç hədiyyəni AŞF rəhbəri Mahir Məmmədova təqdim edib. 

AŞF-nin prezidenti dəyərli hədiyyəyə görə FIDE rəhbərinə təşəkkürünü bildirib.

Xatırladaq ki, Astanada keçirilən şahmat tacı uğrunda görüşdə qələbə qazanan Din Liren dünya çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər