Fernando Torres postunu tərk edir - Yeni iş yeri bilindi

Fernando Torres postunu tərk edir - Yeni iş yeri bilindi

İspaniya millisinin sabiq hücumçusu Fernando Torres mövsümün sonunda “Atletiko Madrid”in U-19 komandasının baş məşqçi postunu tərk edəcək.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin əsas komandaya keçəcəyi gözlənilir.

Mənbə Torresin böyük ehtimalla, Dieqo Simeonenin köməkçilərindən biri qismində fəaliyyətə başlayacağını açıqlayıb.

Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Fernando Torres 2001-2007 və 2015-2018-ci illər aralığında Madrid klubunun formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər