Fərid Qayıbov ermənini nokauta salan idmançımızla görüşdü

Fərid Qayıbov ermənini nokauta salan idmançımızla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilmiş, MMA döyüşü üzrə "Yusif Fighting Championship" turnirində uğurla çıxış etmiş Gözəl Zutovanı və məşqçisi Yusif Əliyevi qəbul edib.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyevin verdiyi məlumata görə, idmançını növbəti qələbəsi münasibətilə təbrik edən nazir ona qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Qeyd edək ki, Zutova turnirdə Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər