"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand eks komanda yoldaşını - "qırmızı şeytanlar"ın baş məşqçisi Ule-Qunnar Sulşeri müdafiə edib.
Fanat.Az xəbər verir ki, Rio öz YouTube kanalında belə danışıb:
"Oyunçulara və baş məşqçiyə bu qədər təzyiq etmək olmaz. Açığı, mətbuatın Sulşerə hörmət etmədiyi hiss olunur. Hamı klub idarəçilərinin Poçettino ilə danışıq apardığını yazır. Çox etibarlı mənbəm var. O mənə heç bir danışıq olmadığını və rəhbərliyin Ule ilə vidalaşmaq istəmədiyini deyib. Hə, daha yaxşı oyun üçün nə lazım olduğunu müzakirə edə bilərik. Amma guya klubun Sulşerə əvəzləyici tapdığını iddia etmək düzgün deyil".
Fanat.Az