“Fənərbaxça” Şahruddinin komandasını xalsız yola saldı

“Fənərbaxça” Şahruddinin komandasını xalsız yola saldı

Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Kayserispor” evdə “Kasımpaşa”ya, “Konyaspor” “Trabzonspor”a uduzub. “Sivasspor” isə “Fatih Karagümrük”ü xalsız yola salıb.

“Fənərbaxça” bu turda “Adana Dəmirspor”u qəbul edib. Oyun İstanbul təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev ilk dəqiqələrdən meydanda olsa da, fasilədə əvəzlənib. Buna onun rəqib hücumlarından biri zamanı kritik seyv edərkən aldığı zədə səbəb olub.

Türkiyə Super Liqası 31-ci tur 2 aprel

İstanbulspor – Rizəspor 0:4 Qollar: Olavoyin, 4. Minçev, 44; 64. Akintola, 90.

Antalyaspor – Ankaragücü 1:1 Qollar: E.Yeşilyurt, 40 – E.Bekiroğlu, 64.

Qalatasaray – Hatayspor 1:0 Qol: İkardi, 12.

Qaziantep – Alanyaspor 0:3 Qollar: Koka, 6; 72. O.Aydın, 32.

3 aprel

Sivasspor – Fatih Karagümrük 1:0 Qol: Manay, 88.

Fənərbaxça – Adana Dəmirspor 4:2 Qollar: Djiku, 17. Dzeko, 51. Tadiç, 70. S.Dursun, 85 – Balotelli, 25. Y.Barasi, 80.

Kayserispor – Kasımpaşa 0:2 Qol: Da Kosta, 22. Hayradinoviç, 56.

Konyaspor – Trabzonspor 1:3 Qollar: Nzonzi, 79 – Trezeqe, 19. Vişça, 59-pen. Fountas, 89.

4 aprel

21:30. Başakşəhər – Beşiktaş 21:30. Samsunspor – Pendikspor

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər