"Fənərbaxça" bu həftə Kokunu istefaya göndərəcək

"Fənərbaxça" bu həftə Kokunu istefaya göndərəcək
"Fənərbaxça" baş məşqçisi Filip Kokunu bu həftə istefaya göndərəcək.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi holland mütəxəssisin meneceri Rob Yansenlə danışıqlara başlayıb.
Məlumata görə, menecer "Fənərbaxça"dan Koku və köməkçiləri üçün 3 milyon avro təzminat istəyib. Klub rəhbərliyi isə məşqçilər heyətinə komandadan ayrılmaq üçün 1,5 milyon avro təklif edib. Danışıqların bu həftə içində yekunlaşması gözlənilir.
Qeyd edək ki, Koku bu ilin iyun ayından komandaya rəhbərlik edir. "Fənərbaxça" Super Liqada 8 turdan sonra 8 xalla 15-ci pillədə qərarlaşıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər