Fatih Terim: "Asan olmayacaq"

Fatih Terim: "Asan olmayacaq"

UEFA Avropa Liqasının IV turu çərçivəsində "Qalatasaray" öz meydanında "Lokomotiv"i qəbul edəcək. 

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim oyunöncəsi keçirilən mətbuat konfransında çıxış edib.

68 yaşlı mütəxəssis "Lokomotiv"lə qarşılaşmanın asan olmayacağını bildirib: “Əlbəttə, arzulamasaq olmaz, amma qrupdan çıxsaq, deyəcək çox sözümüz olacaq. İndiyə qədər yaxşı getmişik. Kimsə "Lokomotiv"lə oyunun asan keçəcəyini düşünməsin. Biz özümüz də bunu gözləmirik. "Lokomotiv" kifayət qədər təcrübəli futbolçulara sahibdir. Topu özündə saxlamağa üstünlük verən komandadır. Düşünürəm ki, rəqibin zəif cəhətlərini öyrənmişik."

 

Xatırladaq ki, oyun bu gün Bakı vaxtı ilə saat 21:45-də keçiriləcək.

Emin Şəmsiyev 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər