"Rayo Valyekano"ya transfer olunan Radamel Falkao (Radamel Falcao) yeni klubu barədə açıqlama verib.
Fanat.Az xəbər veri ki, "Marca"ya danışan futbolçu öz fərdi keyfiyyətlərini yenidən bərpa edəcəyini bildirib:
"Rayo Valyekano" yaxşı tanıdığım klubdur. Onların yüksək rəqabət aparmaq bacarıqları var. Bu klubda oynamaq mənə fərdi keyfiyyətlərimi yenidən bərpa etməyə kömək edəcək. İspaniya futbolu ilə yaxından tanışam".
Xatırladaq ki, sabiq "Qalatasaray" futbolçusu 2011 - 2013-cü illər arası ispaniyanın "Atletiko Madrid" klubunda forma geyib.
Emin Şəmsiyev