"Əvvəl hansısa axmaq buna şübhə edirdisə..."

"Əvvəl hansısa axmaq buna şübhə edirdisə..."

Argentina millisinin və "Atletiko Madrid"in yarımmüdafiəçisi Rodriqo De Paul formasını geyindiyi yığmanın və Lionel Messinin DÇ-2022-nin qalibi olması barədə danışıb.

Fanat.Az xəbər verir ki, "WinSports" onun dediklərini belə çatdırıb:

"Zövq alın! Əvvəl hansısa axmaq Messinin ən yaxşı olduğuna şübhə edirdisə, indi belələri yoxdur. Onun kimisi bir daha gəlməyəcək. Messi bu gün dünyanın ən xoşbəxt insanıdır. Haqq etdiyinə qovuşduğu üçün çox şadam".

Xatırladaq ki, Messi karyerası ərzində ilk dəfə dünya çempionluğunu qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər