Etoo prezident olmağa namizəddir

Etoo prezident olmağa namizəddir

Kamerun millisinin və "Barselona" klubnun əfsanəsi Samuel Etoo KFF-nin (Kamerun Futbol Federasiyası) prezidentliyinə namizəddir.

Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı sabiq hücumçu 3 namizədin içərisində daha şanslı görünür. Keçirilən qeyri rəsmi sorğu zamanı ölkə ictimaiyyəti məhz Etoonu federasiya rəhbəri qismində görmək istədiyini bildirib.

Xatırladaq ki, Samuel Etoo 4 dəfə (2003, 2004, 2005, 2010)  Afrikanın ən yaxşı futbolçusu seçilib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər