Erik ten Haq Ronaldu ilə bağlı söz-söhbətlərə nöqtə qoydu

Erik ten Haq Ronaldu ilə bağlı söz-söhbətlərə nöqtə qoydu

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq portuqaliyalı hücumçu Kriştianu Ronaldunun iş yerini dəyişəcəyi ilə bağlı yayılan informasiyalara növbəti dəfə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Manchester Evening News" niderlandlı mütəxəssisin dediklərini belə çatdırıb:

"Ronaldunun gələcəyi bəllidir. Bizə keyfiyyətli futbolçular lazımdır və belələrinin sayı çox olmalıdır ki, komanda hər matçda sabit oyun sərgiləyə bilsin. Heç Eron Van-Bissaka da heç yerə getmir.  Bu heyət ən azı yanvara qədər dəyişməz qalacaq".

Qeyd edək ki, komandadan ayrılacağı deyilən Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında 4 oyuna çıxsa da, məshuldar göstəricilərlə yadda qalmayıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər