Erik ten Haq Ronaldu barədə nə danışdı?

Erik ten Haq Ronaldu barədə nə danışdı?

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq növbəti dəfə komandanın hücumçusu Kriştianu Ronaldunun gələcəyi haqda danışıb.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis "Sky Sports"a açıqlamasında portuqaliyalı hücumçunun Mançester təmsilçisində qalmasını istədiyini deyib:  

“Kriştianu gələcək planlarımızın bir parçasıdır. Ona görə də biz Ronaldunun qalmasını istəyirik. Bu, bizim istəyimizdir".

Qeyd edək ki, Ronaldunun Çempionlar Liqasında oynayacaq kluba transfer olunmaq istədiyi bildirilir. 37 yaşlı oyunçunun agenti Jorje Mendeşin ona klub axtarmağa çalışdığı bildirilir.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər