Erik ten Haq: "Daha yaxşı olmağa çalışırıq"

Erik ten Haq: "Daha yaxşı olmağa çalışırıq"

"Mançester Yunayted" Avropa Liqasında 1/4 final mərhələnin ilk oyununda "Sevilya" ilə qarşılaşacaq. 

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq matçdan öncə UEFA-nın rəsmi saytına danışıb. 

"Dinamik futbol göstərmək və rəqibi heyrətləndirmək istəyirik ki, oyunumuzu oxumaqda çətinlik çəksinlər. Bizim komandada 11 oyunçu həm hücum edir, həm müdafiə olunur. Bunun üzərində hər gün, hər oyunda işləyirik. Biz daha yaxşı olmağa çalışırıq", - deyə 53 yaşlı niderlandlı mütəxəssis bildirib. 

Qeyd edək ki, "Mançester Yunayted" (İngiltərə) – "Sevilya" (İspaniya) matçı bu axşam, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər