Ərəblər Roberto Mançinini də apardılar 

Ərəblər Roberto Mançinini də apardılar 

Bir müddət öncə İtaliya millisinin baş məşqçi postunu tərk edən Roberto Mançininin yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.

Xəbərə görə, 58 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı yığmasını çalışdıracaq. Mənbə italiyalı çalışdırıcının müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcəyini vurğulayıb.

Qeyd edək ki, Mançini 2018-2023-cü illər aralığında İtaliya seçməsinin baş məşqçisi olub. "Skuadra adzurra" onun rəhbərliyi altında AÇ-2020-nin qalibi adını qazanıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər