"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, xorvat futbolçu "Əl-Şabab"a keçməyin biraddımlığındadır. Mənbə İspaniya təmsilçisində oyun praktikasından əziyyət çəkən Rakitiçin tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına yollandığını, yanvarın 30-da 2 illik müqaviləyə imza atacağını vurğulayıb.
Xatırladaq ki, 35 yaşlı İvan "Sevilya"ya 2020-ci ildə "Barselona"dan keçib. O, 2011-2014-cü illər aralığında da Əndəlüs klubunun formasını geyinib.