Ərdoğan milli üzvlərini belə təbrik etdi - VİDEO

Ərdoğan milli üzvlərini belə təbrik etdi - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan millinin Uelslə oyunundan sonra komanda üzvlərini telefonla arayaraq qələbə münasibətilə təbrik edib.

Fanat.Az "Sport Arena"ya istinadən xəbər verir ki, ölkə başçısı kapitan Hakan Çalhanoğlu və baxımlı qola imza atan gənc futbolçu Arda Gülərlə danışıb. 

Matçdan sonra Gənclər və İdman naziri Osman Aşkın Bak və TFF prezidenti Mehmet Büyükekşi "ay-ulduzlar"ın soyunub-geyinmə otağına eniblər. Bu zaman Ərdoğan nazir vasitəsilə futbolçularla əlaqə saxlayıb.

Ərdoğan ilk olaraq komandanın kapitanı Hakan Çalhanoğlu ilə danışıb: "Hamınızı təbrik edirəm. Əvvəldən sona qədər izlədim. Bu gecə bizi həqiqətən qürurlandırdınız. Latviya ilə oyunda çətinlik çəkdik, amma bu axşam daha rahat oldu. Nəticə yaxşı oldu. Uşaqların Hamısına məndən salam çatdır".

Milli komandanın ikinci qoluna da imza atan Arda Gülər ​​ilə danışan prezident Ərdoğan onu tərifləyib: "Gözlərindən öpürəm. Həqiqətən də möhtəşəm qol idi. Bunlar çox müstəsna qollardır. O baxış, uzaq küncə göndərilən top... Həqiqətən çox gözəl idi".

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Samsunda keçirilən matçda Uelsi 2:0 hesabı ilə məğlub edən Türkiyə millisi qrupda liderliyini davam etdirib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər