Çerçesov qazax jurnalistlə insident yaşadı: "Sənə osetin dilində cavab verim?"

Çerçesov qazax jurnalistlə insident yaşadı: "Sənə osetin dilində cavab verim?"

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov qazax jurnalistlə insident yaşayıb.

Fanat.Az xəbər verir ki, "Tengri Sport" milliyətcə osetin olan rusiyalı mütəxəssislə media mənsubunun dialoqunu belə çatdırıb:

Jurnalist: *qazax dilində sual verir* Çerçesov: Üzr istəyirəm, siz haradansınız? Jurnalist: Mən Qazaxıstandanam. Çerçesov: Mənə niyə belə müraciət edirsən? Osetin dilində cavab verim? Jurnalist: Buyurun, cavab verin. Çerçesov: Axı heç kim başa düşməyəcək.

Xatırladaq ki, Çerçesov bu posta təyin edilən zaman qazax dilini yaxşı bildiyini və tərcüməçiyə ehtiyac duymadığını demişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər