“Xetafe”nin futbolçusu Enes Ünal karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport" yayıb.
Xəbərə görə, türkiyəli forvard "Bornmut"un diqqət mərkəzindədir. Mənbə bildirir ki, İngiltərə təmsilçisi sonradan transfer hüquqlarına yiyələnmək öhdəliyi ilə hücumçunu icarəyə götürmək istəyir.
Enesin “Xetafe” ilə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm "Xetafe" forması ilə 5 rəsmi maçtda 2 məhsuldar ötürmə edib.
Nahid Məmmədov