Emreli məşqlərə nə vaxt başlayacaq?

Emreli məşqlərə nə vaxt başlayacaq?

Zaqreb "Dinamo"sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin məşqlərə nə vaxt başlayacağı məlum olub.

Fanat.Az “Jutarnji List” portalına istinadən xəbər verir ki, Mahir bazar ertəsindən etibarən “Dinamo” ilə məşqlərə başlayacaq.  O, hazırda fərdi şəkildə məşq edir.

Emreli zədə səbəbindən Azərbaycan millisinin yoxlama oyunlarına çağırılmayıb. "Dinamo"nun baş məşqçisi Jelko Kopiç mətbuata açıqlamasında hücumçunun əzələsində çat olduğunu bildirib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər