Çempionşipdə nə baş verir? - FOTOLAR

Çempionşipdə nə baş verir? - FOTOLAR

İngiltərənin liqa olaraq 2-cisi sayılan və aşağı divizionlar arasında ən baxımlı yarış olan Çempionşipdə gedən mübarizə futbol azarkeşləri üçün həmişə maraqlı olub.

Fanat.Az Çempionşipdə 11 turdan sonra komandaların göstərdiyi nəticələrə dair statistikanı təqdim edir: 

Skot Parkerin (Scott Parker) çalışdırdığı "Bornmut" klubu 11 turdan sonra turnir cədvəlinin ilk pilləsindədir. İkinci pillənin sahibi isə 46 yaşlı fransız mütəxəssis Valerian İsmaelin rəhbərlik etdiyi "Vest Bromviç"dir - 22 xal.

İngiltərə millisinin və "Mançester Yunayted"in əfsanəsi Ueyn Runi (Wayne Rooney) üçün olduqca uğursuz bir mövsüm keçir. Belə ki, onun çalışdırdığı "Derbi Kounti" böyük problemlər yaşayır. Klubun maliyyə "fair play" qaydalarını pozması səbəbi ilə futbol assosiasiyası ötən ay komandanın 12 xalını silib. Hazırda klub 2 xalla turnir cədvəlinin sonuncu pilləsindədir

Sözügedən çempionatda sentyabr ayının ən yaxşı baş məşqçisi "Bornmut"u çalışdıran Skott Parker seçilib. Ayın ən yaxşı futbolçusu isə "Blekbern Rovers"in 22 yaşlı hücumçusu Ben Brereton Dias olub. 

Çempionşipdə nə baş verir? - FOTOLARÇempionşipdə nə baş verir? - FOTOLAR

Çempionatın turnir cədvəlini təqdim edirik: 

Çempionşipdə nə baş verir? - FOTOLAR

Qeyd edək ki, Çempionşipin növbəti turu oktyabr ayının 15-i start götürəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər