Çempionlar Turu: Teymur Rəcəbov Aronyana qarşı

Çempionlar Turu: Teymur Rəcəbov Aronyana qarşı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün V turun qarşılaşmaları keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ermənistanlı Levon Aronyan, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə üz-üzə gələcək.

Dörd turdan sonra Rəcəbov 12 xalla 4-cü, Məmmədyarov 5,5 xalla 9-cudur. Sıralamaya 23,5 xalla Maqnus Karlsen başçılıq edir.

Bildirək ki, hər tur ən azı üç, maksimum 4 rapid partiyası oynanılır. Bərabərlik olduğu təqdirdə, blits və armageddona ehtiyac duyulur. İştirakçılar mübarizəyə əvvəlki mərhələlərdə göstərilən nəticələrə əsasən bonus xallarla başlayıb. 

Qeyd edək ki, 9 turdan ibarət turnirə oktyabrın 4-də yekun vurulacaq. 

Çempionlar Turu 29 sentyabr V tur

Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov (AZƏRBAYCAN)  Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN)  - Vladislav Artemyev (Rusiya) Yan-Kşiştof Duda (Polşa) - Maksim Vaşye-Laqrav (Fransa) Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) Uesli So (ABŞ) - Aniş Giri (Niderland)

Qarşılaşmalar Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Xal durumu: Maqnus Karlsen - 23,5, Uesli So - 19,5, Levon Aronyan - 15, Teymur Rəcəbov - 12, Hikaru Nakamura - 12, Aniş Giri - 9,5, Vladislav Artemyev - 8,5, Maksim Vaşye-Laqrav - 8,5, Şəhriyar Məmmədyarov - 5,5, Yan-Kşiştof Duda - 5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər