Çempionlar Turu: Rəcəbov Karlsenə, Məmmədyarov Giriyə qarşı

Çempionlar Turu: Rəcəbov Karlsenə, Məmmədyarov Giriyə qarşı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün VII turun qarşılaşmaları keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.

Hesabında 18 xal olan Rəcəbov hazırda üçüncü sıradadır. Məmmədyarov 6,5 xalla son - 10-cu pillədə qərarlaşıb. Sıralamaya 28,5 xalla M. Karlsen başçılıq edir.

Bildirək ki, hər tur ən azı 3, maksimum 4 rapid partiyası oynanılır. Bərabərlik olduğu təqdirdə, blits və armageddona ehtiyac duyulur. İştirakçılar mübarizəyə əvvəlki mərhələlərdə göstərilən nəticələrə əsasən bonus xallarla başlayıb. 

Dairəvi sistem üzrə 9 turdan ibarət turnirə oktyabrın 4-də yekun vurulacaq. 

Çempionlar Turu Final mərhələsi VII tur

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (AZƏRBAYCAN) Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - Aniş Giri (Niderland) Yan-Kşiştof Duda (Polşa) - Vladislav Artemyev (Rusiya)  Maksim Vaşye-Laqrav (Fransa) - Hikaru Nakamura (ABŞ) Uesli So (ABŞ) - Levon Aronyan (Ermənistan)

Qarşılaşmalar Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Xal durumu: Maqnus Karlsen - 28,5, Uesli So - 21,5, Teymur Rəcəbov - 18, Levon Aronyan - 15, Hikaru Nakamura - 14, Vladislav Artemyev - 13,5, Maksim Vaşye-Laqrav - 12,5, Aniş Giri - 11,5, Yan-Kşiştof Duda - 8, Şəhriyar Məmmədyarov - 6,5.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər