Çempionatlar 3 avqusta kimi bitməlidirmi? - Çeferindən AÇIQLAMA

Çempionatlar 3 avqusta kimi bitməlidirmi? - Çeferindən AÇIQLAMA
Daha öncə Avropada daxili liqaların avqustun 3-nə qədər bitməli olduğuna dair məlumat yayılmışdı.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin məsələyə aydınlıq gətirib:
"20 iyul (UEFA reytinqində 16-55-ci sıralarda qərarlaşan milli assosiasiyalar üçün) və 3 avqust (1-15-ci sıralarda qərarlaşan milli assosiasiyalar üçün) tarixləri 21 apreldə UEFA-ya üzv 55 assosiasiyanın nümayəndələrinin iştirakı ilə keçirilən iclasda təklif olunub. Amma biz həmişə qeyd etmişik ki, bu tarixlər yalnız tövsiyə xarakteri daşıyır və rəsmi deyil. Ümid edirəm ki, bu izahım sayəsində suallarınıza cavab tapa biləcəksiniz".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər