"Çempion titulunu qorumağa çalışacağıq" - Didye Deşam

"Çempion titulunu qorumağa çalışacağıq" - Didye Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin yarımfinalında Mərakeş yığmasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra ənənəvi mətbuat konfransında qatılıb.

Fanat.Az xəbər verir ki, 54 yaşlı mütəxəssis belə danışıb:

"Vacib matçda qələbə qazandıq. Final olmasa da, yarımfinal görüşü idi. Artıq bir aydır ki, birlikdəyik. Oyunlar heç də asan olmadı. Bəzən bizim də bəxtimiz gətirdi. Bununla belə, oyunçularım layiq olduqları finala vəsiqə qazandılar. Bazar günü çempion titulunu qorumağa çalışacağıq".

Qeyd edək ki, Fransa dekabrın 18-də baş tutacaq finalda Argentina seçməsi ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər