Emin Mahmudov: "Makkabi"yə qol vurmağa çalışacağam" - MÜSAHİBƏ

Emin Mahmudov: "Makkabi"yə qol vurmağa çalışacağam" - MÜSAHİBƏ

"Neftçi"nin mətbuat xidməti bu gün "Makkabi" (Hayfa) ilə oyun üçün proqram hazırlayıb. Proqramda komandanın kapitanı Emin Mahmudovun müsahibəsi yer alıb.  

Fanat.Az həmin müsahibəni təqdim edir.

- Emin, bu mövsüm komandanın avrokuboklardakı çıxışını necə dəyərləndirirsən? - Daha yaxşı oynaya bilərdik. Finlandiyanın HİK klubunu keçmək olardı, amma çox təəssüf ki, buna nail olmadıq və azarkeşlərimizi sevindirə bilmədik.

- Uğurlu mübarizə aparmaq üçün nə çatmır? - Çatışmazlıqlar çoxdur. Əvvəla, daha yaxşı mübarizə aparmalıydıq. Bundan əlavə, təbii ki, heyətimiz geniş olsaydı, bizim üçün daha asan olardı.

- Necə düşünürsən, İsrailin “Makkabi” (Hayfa) klubunu keçib Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəyikmi? - “Makkabi” çox güclü komandadır. Hayfa klubu xüsusilə evdə yaxşı oynayır. Buna baxmayaraq, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki artıq başqa yolumuz yoxdur.

- 2019/2020 mövsümündə İsrailin başqa bir klubu – “Bney Yehuda”nın qapısına yol tapmışdın. Eyni aqibəti “Makkabi”yə yaşada biləcəksən? - Çox heyf ki, həmin qol bizə kömək etmədi. Son dəqiqələrdə penalti ilə hesab arasındakı fərqi azaltsam da, bərabərlik qolunu vurmağımıza vaxt qalmadı. Əlbəttə, “Makkabi”yə də qol vurmağa çalışacağam.

- Ümumilikdə 15 oyundan 7 qolla avrokuboklarda klubunən yaxşı bombardirisən. 2019/2020 mövsümündə 6 oyunda 3 qol vurmusan. Bu mövsümdə də artıq eyni göstəricini təkrarlamısan. Qarşıda azı 2 oyun keçirəcəyimizi nəzərə alsaq, rekordunu yeniləyə bilərsən? - Çox sevindirici haldır ki, avrokuboklarda komandamızın bombardiriyəm. Hər yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışıram. Amma əsas olan mənim qol vurmağım deyil, komandamızın uğur qazanmasıdır. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər