Emil Mustafayev Azərbayacana qayıdır? - menecerindən açıqlama

Emil Mustafayev Azərbayacana qayıdır? - menecerindən açıqlama

Azərbaycan U-21 millisinin və Ukraynanın "Aleksandriya" klubunun 20 yaşlı yarımmüdafiəçisi Emil Mustafayevin karyerasını ölkəmizdə davam etdirəcəyi deyilir. "Neftçi", "Sabah", "Sumqayıt"ın adı çəkilir. Bu, nə dərəcədə realdır? 

Fanat.Az futbolçunun meneceri İmran Rzayevdən transfer şayiələri ilə bağlı münasibət öyrənib:

"Emil hazırda klubunun düşərgəsindədir. Müəyyən müddətdən sonra məşqləri bərpa edib. Ukraynadakı məlum vəziyyətlə bağlı ölkəni tərk etməsi mümkün deyil. Təkliflərə gəlincə, hazırda heç kimlə danışıq aparılmır. Emil ən azı çempionatın sonuna qədər heç bir kluba keçməyəcək". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər