Ələskərovun komandası Superliqa klubuna uduzdu

Ələskərovun komandası Superliqa klubuna uduzdu

Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, seçmə oyunlarına görə çempionatda yaranan fasilədən yararlanan "ağ-yaşıllar" on günlük təlim-məşq toplanışına Superliqa təmsilçisi "Fatih Karagümrük"lə keçirdiyi oyunla yekun vurub. 

Azərbaycan millisinin düşərgəsində olan Namik Ələskərovun iştirak etmədiyi görüş "Fatih Karagümrük"ün minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunun taleyini həll edən yeganə qol 64-cü dəqiqəyə təsadüf edib.   

Qeyd edək ki, hazırda Serbiyada olan Namik seçmə oyundan sonra, konkret, çərşənbə günü birbaşa Bursaya yollanacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər